Uzunsürən xəstəlikdən sonra vəfat edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xalqın yaddaşında daha çox “Aşıq Yediyar” kimi qalıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, illər əvvəl fəaliyyət göstərən ANS kanalında yayımlanan “Qulp” verilişinin daimi iştirakçısı olan Y.Muradov teatrın digər aktyorları ilə birgə çoxlu maraqlı personajlar yaratmış, o dövr üçün aktual olan bir sıra mövzulara satirik yanaşma ortaya qoymuşdu.
Həmin illərdə ölkədə ən çox baxılan verilişlərdən olan “Qulp”da çıxışları ilə məşhurlaşan Y.Muradov o dövrdə Qarabağ məsələsi ilə bağlı siyasi proseslərin uzanmasına həsr etdiyi mahnılar cəmiyyətdə daha çox təsir yaradırdı.
Həmin videolardan birini təqdim edirik:















