“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.
F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.
***10:33
Azərbaycanda baş redaktor vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fərid Pərdəşünas öz feysbuk hesabında paylaşım edib.
“Çox kədərlənərək bildirmək istəyirəm ki, 10 ildən çoxdur mənimlə çalışan, “Technote”un baş redaktor vəzifəsini icra edən, dostum Emil Nəcəfovu (Emil Noisy) itirdik.
Böyük bir hekayə bitdi… Hər şey üçün çox sağol.
Səni heç vaxt unutmayacağıq!
Dəfn bu gün baş tutacaq. Gəlmək istəyən yaxın dostları mənimlə əlaqə yarada bilərlər”,-deyə o, qeyd edib.