r 1

Amerikalı aktyor Riçard Gir xoşbəxt evliliyin sirrini açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Hello” jurnalına açıqlama verib.

Aktyor bildirib ki, hətta kiçik gündəlik vərdişlər belə münasibətləri gücləndirməyə kömək edir.

“Mən həyat yoldaşım Alejandra Silva sayəsində yaxşı ata olmağı öyrəndim. Adətən onu hər gün öpürəm, təbii ki, buna icazə verərsə olur”, – deyə Riçard bildirib.

Qeyd edək ki, Gir və ailəsi bu yaxınlarda İspaniyaya köçüblər. Cütlüyün iki oğlu var.

Günel Cəlil
Globalinfo.az

Paylaş: