Dəniz Əsədova ilə bağlı qərar verildi

deniz

Tanınmış müğənni Dəniz Əsədovaya hökm oxunub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.2- ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Eyni zamanda müğənni vəkil Asim Abbasovu və Cavidan Osmanlını da təhqir etməkdə, onlara böhtan atmaqda təqsirləndirilir.

Qeyd edək ki, Dəniz Əsədova ilə bağlı Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha 3 şikayət var.

Dəniz Əsədova daha əvvəl Cinayət Məcəlləsinin 178-ci ( dələduzluq), 147 və 148-ci maddələri ilə məhkum olunub.

Zaira Akifqızı
Globalinfo.az