Ermənistanda ağır qəza: avtobus aşdı, 18 nəfər… – VİDEO

Ermənistanda ağır qəza: avtobus aşdı, 18 nəfər... - VİDEO

Ermənistanın Tavuş vilayətində avtobus aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb.

Avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər xəsarət alıb.

Hazırda onlara lazımi müayinələr aparılır və müvafiq tibbi yardım göstərilir.

Zərərçəkmişlərdən birinin səhhəti ağır qiymətləndirilir, o, hazırda əməliyyat olunur, digərlərinin vəziyyəti isə orta-ağırdır.

Safura Bənnayeva
Globalinfo.az