korpe hovuz

İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan qızı həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: