326239441 739699590882035 6153778518448547869 n

ABŞ-ın Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi yenidən Bakı əleyhinə aktivliyini artırıb.

Globalinfo.az xəbər verir ki, spiker vəzifəsindən bir müddət öncə istefaya gedən Pelosi Vaşinqtonda Xankəndidəki saxta rejimin ABŞ nümayəndəsi Robert Avetisyanla görüşüb. Görüş ABŞ Prezidenti Cozef Baydenin  ölkədəki vəziyyətlə bağlı çıxışı çərçivəsində baş tutub.

Avetisyanı Baydenin çıxışını dinləməyə amerikalı konqresmen Adam Şif dəvət edib.

Qeyd edək ki, Şif ABŞ Konqresində ermənilərin əsas lobbistlərindən biri sayılır.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: