ABŞ-ın Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi yenidən Bakı əleyhinə aktivliyini artırıb.
Globalinfo.az xəbər verir ki, spiker vəzifəsindən bir müddət öncə istefaya gedən Pelosi Vaşinqtonda Xankəndidəki saxta rejimin ABŞ nümayəndəsi Robert Avetisyanla görüşüb. Görüş ABŞ Prezidenti Cozef Baydenin ölkədəki vəziyyətlə bağlı çıxışı çərçivəsində baş tutub.
Avetisyanı Baydenin çıxışını dinləməyə amerikalı konqresmen Adam Şif dəvət edib.
Qeyd edək ki, Şif ABŞ Konqresində ermənilərin əsas lobbistlərindən biri sayılır.
İlkin Həsənov
Globalinfo.az