Binəli Yıldırım İlham Əliyevlə görüşü barədə bu sözləri yazdı

Binəli Yıldırım İlham Əliyevlə görüşü barədə bu sözləri yazdı

Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.

Globalinfo.az xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair “X” hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.

Binəli Yıldırım, həmçinin, qonaqpərvərlik üçün Azərbaycan liderinə təşəkkür edib.

Qeyd edək ki, Binəli Yıldırım TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.