zaxarova yeni

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında yayılan video ilə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə özünün Teleqram hesabında paylaşım edib.

XİN sözçüsü həmin videonun feyk olduğunu və söylədiyi fikirlərin süni intellektlə, səsindən istifadə edilərək dəyişdirildiyini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Mariya Zaxarovanın Avropa haqqında və Ukraynadakı müharibə barədə fikirləri yer alan görüntülər yayılıb. XİN nümayəndəsi görüntülərin bir verilişdən götürüldüyünü və əslində orada müzakirələrin Moldovadakı seçkilərlə bağlı olduğunu deyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: