
Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən və oxucu rəğbəti qazanan Bizim.Media informasiya portalının fəaliyyətə başlamasından 5 il ötür.
Globalinfo.az xəbər verir ki, 2020-ci ildə fəaliyyətə başlayan informasiya portalı ötən 5 il ərzində ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edib.
Hazırda sayt tanınmış jurnalist Anar Tahirovun rəhbərliyi altında peşəkar komanda ilə fəaliyyətini uğurla davam etdirir və rəqabətli mühitdə öz sözünü deməyi bacarır.
Globalinfo.az kollektivi olaraq “Bizim.Media”çıları təbrik edir, işlərində uğurlar arzulayırıq!














