Agstafa q%C9%99bullar 1

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq rayonun Göycəli və Böyük Kəsik kəndlərində keçirdiyi səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri, eləcə də kəndlərin sakinləri iştirak ediblər.

Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı hər kəsi 20 Sentyabr – Dövlət Suverenliyi Gününün birinci ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə torpaqlarımız azad olundu, ölkəmizin suverenliyi bərpa edildi və dövlətimizin təməli daha da möhkəmləndirildi.

Səyyar qəbullarda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.

Agstafa q%C9%99bullar 2Agstafa q%C9%99bullar 3Agstafa q%C9%99bullar 4Agstafa q%C9%99bullar 5Agstafa q%C9%99bullar 6Agstafa q%C9%99bullar 7Agstafa q%C9%99bullar 8Agstafa q%C9%99bullar 9

Paylaş: