11108a3d162123723746451733910945063

Qazaxıstanİran nümayəndələri Xəzər dənizi ilə bağlı ikitərəfli məsləhətləşmələr aparıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Qeyd olunub ki, görüş Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası çərçivəsində keçirilib.

Məlumata görə, məsləhətləşmələrdə Qazaxıstan tərəfini xüsusi nümayəndə Zulfia Amanjolova, İranı isə səfir Kazem Qəribabadi təmsil edib.

Tərəflər Xəzəryanı dövlətlər arasında əməkdaşlıq məsələlərini, o cümlədən dəniz ərazisinin delimitasiyası, xarici işlər nazirləri və Xəzərlə bağlı sammitlər səviyyəsində əldə edilmiş razılaşmaların icrası, həmçinin qarşıdakı tədbirlərə hazırlığı müzakirə ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: