AA 20250911 39088317 39088305 DISISLERI BAKANI FIDAN ITALYA DISISLERI BAKANI TAJANI ILE ORTAK BASIN TOPLANTISI DUZENLEDI
Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı nöqtədən bərpa edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan italiyalı həmkarı Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Sülh və atəşkəs barədə danışıqlar dayandırıldığı nöqtədən davam etməlidir. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının vacibliyi barədə eyni mövqedədir. Mən bunu hörmətli həmkarımla müzakirə etdim. Bu, yalnız regional təhlükəsizlik üçün deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır. Müharibənin genişlənməsi təhlükəsini və onun dərhal dayandırılmasının zəruriliyini biz ilk gündən dəfələrlə vurğulamışıq”, – deyə Fidan bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: