CJS5YPIJORIWHPP763HZWZ2SFI

Nepalda baş verən iğtişaşlar fonunda nazirlərin təxliyəsi həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, təxliyə helikopterin köməyilə həyata keçirilib, etiraz aksiyalarının mərkəzində qalan nazirlər hava nəqliyyatı vasitəsilə ərazidən uzaqlaşdırılıb.

Lakin təxliyə maraqlı üsulla baş tutub. Belə ki, sosial mediada yayılan görüntülərdə nazirlərin helikopterlə təxliyə üçün nəzərdə tutulan səbətləri ilə deyil, sadə kəndirlə təxliyə olunduqları görünür.
Xatırladaq ki, Nepalda sentyabrın əvvəlində sosial şəbəkələrə giriş qadağan edilib. Buna etiraz olaraq ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: