Zelenski jurnalistin zarafatına belə cavab verdi

Zelenski jurnalistin zarafatına belə cavab verdi
Ağ Evdə müharibə və sülh mövzusunda ciddi müzakirələr gedərkən, Oval kabinetdə gülməli anlar yaşanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, jurnalist Brian Qlen Ukrayna Prezidenti Volodimir Zelenskinin qara kostyumuna diqqət çəkib və deyib:

“Bu kostyumda möhtəşəm görünürsünüz”.

ABŞ Prezidenti Donald Tramp da dərhal əlavə edib:

“Mən də eyni şeyi dedim”.

Zelenski isə jurnalistlə zarafatla cavab verib:

“Siz eyni kostyumdasanız. Mən dəyişmişəm, siz yox”.