Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxsin iltizamnaməsi alınıb və o, ixtisaslı tibbi xidmətdən imtina edib.
Qeyd edək ki, qəzada 1 nəfər həyatını itirib.
***11:20
Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
“Report”un əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.














