wcHYmcCmzluR2rRoF1dWVqcSbL7n6smuVjUYIW76 1200

Böyük Britaniya və Avstraliya atom sualtı qayıqlarının istehsalı və istismarı üzrə 50 illik tərəfdaşlıq sazişi imzalayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Saziş “SSN-AUKUS” sinifli sualtı qayıqların layihələndirilməsi, istehsalı, istismarı, texniki xidməti və istismardan çıxarılması sahəsində hərtərəfli əməkdaşlığı təmin edəcək.

Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ (AUKUS) hökumətləri arasında üçtərəfli tərəfdaşlığa əsaslanır.

Paylaş: