Bakıda kişinin arvadını güllələməsinin təfərrüatları məlum olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.
Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.
Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi “Toyota Prado” markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.
V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib.
V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.
Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.
Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.
***16:35
Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
X X X
Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.
Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital” MMC-nin (Mərdəkan filialı) direktorudur.
***14:41
Bakıda qadın güllələnib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, iyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır oıduğu bildirilir.
V.Kərimov polis tərəfinfən saxlanılıb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.














