
Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, insanların dinc istirahət etdiyi yerdə “Hyundai” markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücülük hüququ olmayan qadın və onun həyat yoldaşı ilə birlikdə polis şöbəsinə dəvət olunublar.
Aparılan araşdırma zamanı məlum olub ki, avtomobil qadına sürücülük bacarıqlarını öyrətmək məqsədilə verilib.
Hər iki şəxs öz izahatlarında törətdikləri qanun pozuntusuna görə peşiman olduqlarını ifadə ediblər.
Faktla bağlı onların hər ikisi barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib edilib.