netanyahu tramp

“İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla 90 dəqiqəlik görüş keçirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Danışıqlar qapalı qapılar arxasında ABŞ vitse-prezidenti Cey Di Vensin iştirakı ilə baş tutub. Bu, Netanyahunun  Vaşinqtona səfəri zamanı ikinci dialoqdur. İlk görüş bazar ertəsi baş tutub. Qətərdən bir nümayəndə heyəti də çərşənbə axşamı Ağ Evə gəlib. Onlar İsrail və HƏMAS arasında mümkün atəşkəs razılaşmasını müzakirə etmək üçün ABŞ rəsmiləri ilə danışıqlar aparıblar”, – deyə bildirilib.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, razılaşma yolunda əsas büdrəmə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması məsələsi olaraq qalır:

“Fələstin İsrail ordusunun martda əvvəlki barışıq dağılana qədər mövcud olan mövqelərə qaytarılmasını tələb edir. Təl-Əviv də öz növbəsində belə şərtlərlə razılaşmır. Hazırda danışıqlar davam etsə də, sülh təşəbbüsü ilə bağlı yekun qərar hələ qəbul edilməyib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: