Sabirabadda ağır qəza: ölənlər var – FOTOLAR

Sabirabadda ağır qəza: ölənlər var - FOTOLAR

Sabirabadda baş vermiş qəzanın təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobili ilə, Sabirabad rayonunun Nizami kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi “QAZ-24″ markalı avtomobil toqquşub.

Nəticədə “QAZ-24”-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.

X X X

Sabirabadda baş verən qəzada 3 nəfər ölüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.

Belə ki, “QAZ 24” markalı avtomobilin digər yük avtomobili ilə toqquşması nəticəsində 3 nəfər kənd sakini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB Sabirabadda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB Sabirabadda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB