“Rusiya ukraynalı uşaqları qaçırmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya tərəfindən Ukrayna uşaqlarının oğurlanması ilə bağlı irəli sürülən iddialar əsassızdır və bu məsələyə dair müzakirələr məhz bu anlayış üzərindən aparılmalıdır.

“Heç bir uşaq oğurlanmayıb. Uşaqların bəzilərinin sənədləri yoxdur, bəziləri müxtəlif millətlərdəndir və müxtəlif vətəndaşlıqlara malikdir. Elə uşaqlar da var ki, onların sənədləri saxtalaşdırılıb və hazırda yaxınları – valideynləri, qohumları onları axtarır”, – Zaxarova deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna tərəfi danışıqlar zamanı Rusiyaya 339 uşağın adı olan siyahı təqdim etmişdi.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: