polsa 1

Polşa hərbi qırıcılarını səmaya qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələri məlumat yayıb.

“Rusiyanın Ukrayna ərazisində aktiv əməliyyatı ilə əlaqədar olaraq, müttəfiqlərlə birlikdə hərbi aviasiyamız hava məkanında fəaliyyətə başlayıb”, – deyə bildirilib.

Eyni zamanda, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Əməliyyat nəticəsində Polşanın hava məkanında qanun pozuntusu qeydə alınmayıb:

“Tədbirlər sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Əməliyyatın başlanmasından 3 saat sonra bütün təyyarələr öz aerodromlarına qayıdıblar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: