“G7” liderlərindən İrana xəbərdarlıq: “Bunun qarşısını almaq lazımdır”

“G7” liderləri İranın İsrailə hücumunu pisləyib.

Globalinfo.az xəbər verir ki, “G7” dövlət başçılarının iclasını bu il alyansa sədrlik edən İtaliya çağırıb.

“G7” liderləri İranın İsrailə hücumunu pisləyərək, Yaxın Şərqdə nəzarət olunmaz regional gərginliyin qarşısını almağa çalışacaqlarını bildiriblər.

“İran öz hərəkətləri ilə regionda vəziyyəti daha da destabilləşdirir və idarəolunmaz regional eskalasiyaya səbəb olmaq riski yaradır. Bunun qarşısını almaq lazımdır”.

Dünya liderləri İranı təmkinli olmağa çağırıblar.

“Biz İrandan və onun tərəfdarlarından hücumlarını dayandırmağı tələb edirik Biz gələcək sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”, – “G7″nin bəyanatında deyilir.

Əliyar Xəlil
Globalinfo.az