Globalinfo.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Naşit Özcan 68 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun beyninə qan sızması səbəbindən öldüyü bildirilir.
Bu il fevralın 27-də İstanbulda yerləşən Süleyman Yalçın Şəhər Xəstəxanasına yerləşdirilən sənətçi o vaxtdan bəri reanimasiyada müalicə alıb.
Naşit Özcan türk teatrının əfsanəvi simalarından aktyor Selim Naşitin oğlu və məşhur aktrisa Adile Naşitin qardaşı oğludur. Özcan sənət fəaliyyətinə 1971-ci ildə “Mən oğurlamadım” adlı uşaq tamaşası ilə başlayıb, 1977-ci ildən isə peşəkar səhnəyə qədəm qoyub.
Bir sıra seriallarda, o cümlədən “Qurdlar vadisi pusu” serialında və filmlərdə rol alıb. Tamaşaçılar onu son illərdə “Yarqı” serialındakı baş prokuror Ertuğrul obrazı ilə də yaxından tanıyırdılar.
Aysel Əliyeva
Globalinfo.az