67f426e68958767f426e689588174405399067f426e68958567f426e689586

Tramp administrasiyası iyunun 14-də Vaşinqtonda hərbi parad keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Tədbir həm ABŞ quru qoşunlarının 250 illiyinə, həm də Prezident Trampın ad gününə – 79 yaşına – təsadüf edəcək.

“Washington City Paper”in məlumatına əsasən, parad kolonnasının Pentaqondan Ağ Evə qədər uzanacağı və təxminən 6 kilometrlik məsafəni əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə də Vaşinqtonda genişmiqyaslı hərbi parad keçirmək istədiyini bildirmişdi. Həmin vaxt – 2018-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulan parada 5-7 min hərbçinin qatılması planlaşdırılırdı. Tədbirdə hərbi texnika və aviasiyanın da nümayiş olunacağı gözlənilirdi. ABŞ mediasının hesablamalarına görə, paradın xərcləri təxminən 92 milyon dollar təşkil edə bilərdi. Bu məbləğin yüksək olduğunu bildirərək Tramp paradın keçirilməsindən imtina etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: