Çexiya Prezidenti Petr Pavel sülhməramlı kontingentin tərkibində Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “European Pravda” nəşrinə müsahibəsində danışıb.
“Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan güclü Avropa dövlətləri qrupu varsa, Çexiya da onların arasında olmalıdır”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya və Fransa Ukraynaya sülhməramlılar göndərməyə hazır olduqlarını açıqlayıblar. Eyni zamanda, Avropa İttifaqı (Aİ) ölkələri bunu Rusiyanın razılığı olmadan etmək niyyətindədir.
Günay Rəsulqızı
Globalinfo.az