AA 20230522 31209494 31209474 US STATE DEPARTMENT PRESS BRIEFING WITH NEW SPOKESPERSON MATT MILLER

Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, – o  qeyd edib.

Metyu Miller Vladimir Putinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib.

Paylaş: