“Kursk vilayətindəki ukraynalı hərbçilər öz mövqelərini saxlaya bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

“Rəsmi olaraq orada döyüşlər davam edir. Amma hesab edirəm ki, bir-iki günə bütün qoşunlarımız Kursk vilayətindən çıxarılacaq. Hazırda proses gedir, bəzi yerlərdə döyüşə girirlər, bəzilərində yox. Ümumilikdə yaxın vaxtlarda Kursk əməliyyatının başa çatacağını demək mümkün olacaq”, – o, “NV” radiosunun efirində deyib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: