peskov 12

“Rusiya ələ keçirdiyi Ukrayna ərazilərini geri verməyə hazır deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

“Onlar Rusiya Prezidenti Vladimir Putinin heç bir sülh danışıqlarında ərazi, sülhməramlılar və Ukraynanın neytrallığı kimi məsələlərdə güzəştə getmək niyyətində olmadığını deyirlər. Bu, ABŞ-ın danışıqlara hazırlaşmaq səylərini təhdid edir”.

Kremlin mətbuat katibi Dmitri Peskov isə sözügedən iddialara cavab olaraq RBK-ya bildirib ki, Rusiya dinc səylərə, Ukrayna ətrafında sülh yolu ilə nizamlanmaya açıqdır:

“Qərbin bu bəyanatları reallığa uyğun gəlmir”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: