Volodimir Zelenski Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qeyd olunur ki, əvvəldən də planlaşdırıldığı kimi Zelenski martın 11-də ABŞ və Ukrayna nümayəndələri arasında keçiriləcək görüşdə iştirak etməyəcək, lakin martın 10-da Ukrayna Prezidentinin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşü olacaq.
“Zelenski əvvəldən də görüşdə iştirak etməyi planlaşdırmamışdı. Daha əvvəl bununla bağlı CBS telekanalının yanlış məlumatı yayılmışdı”, – “Fox News”un jurnalisti deyib.
Qeyd edək ki, ABŞ tərəfindən Prezidentin milli təhlükəsizlik müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio da danışıqlarda iştirak edəcək.
Aysel Əliyeva
Globalinfo.az














