Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə federasiya sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, Fərhad Kasimov ötən gün 61 yaşında vəfat edib.
“Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik. Allah rəhmət eləsin!”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Fərhad Kasimov 2017-ci ildən sözügedən vəzifəni icra edirdi.














