“Rusiya və Ukrayna arasındakı müharibədə dəstəklə bağlı fikir ayrılıqları NATO-nu parçalaya bilər”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.
Onun fikrincə, hazırkı proses alyansın gələcəyi üçün təhlükə vəd edir və onun başqa təşkilata çevrilməsinə səbəb ola bilər:
“Ukrayna və Rusiya ətrafındakı vəziyyət NATO müttəfiqləri üçün çətin seçimdir. Bu, Avropa ölkələrinin ABŞ-a inamını sarsıda bilər. Yəqin ki, alyansın son günlərini görürük”.
Bundan başqa, keçmiş baş komandan ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid edib:
“O, Ukraynanı dəstəkləməkdən imtina edərək geosiyasi səhvə yol verib. Bu qərar mövcud gərginliyi daha da gücləndirə və alyansın beynəlxalq səhnədəki mövqelərinin zəifləməsinə yol aça bilər”.
Əliyar Xəlil
Globalinfo.az