IMG 20250124 WA02581

Serbiyada məktəblər, mağazalar və teatrlar hökumət əleyhinə kütləvi etiraz aksiyası səbəbilə bağlanıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, etiraz aksiya noyabr ayında vağzalın tavanının uçması zamanı 15 nəfərin ölməsi ilə bağlı keçirilib.

Nümayişçilər hadisənin arxasında korrupsiya, qohumbazlıq və keyfiyyətsiz tikinti işlərinin dayandığını deyir və günahkarların məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Təhsil işçilərinin, tələbələrin də aksiyaya qoşulması ilə təhsil müəssisələrində dərslər dayandırılıb.

Xatırladaq ki, noyabrın 2-də Serbiyada vağzalın tavanı çöküb və hadisə zamanı 15 nəfər həyatını itirib.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: