Zaqatalada daha bir körpə öldü

Zaqatalada daha bir körpə öldü

Zaqatalada daha bir körpə ölümü baş verib.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs dünəmn saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozuyla Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı qeysəriyyə əməliyyatı üçün müraciət edib.

15:30-da əməliyyat icra edilib,  yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib.

2 saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.