tecili yardim

Bakının Suraxanı rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Bulbülə qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəhmanov Elşən Baxış oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: