Yun Sok Yol bu tarixdə dindiriləcək

Yun Sok Yol bu tarixdə dindiriləcək

Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezident Yun Sok Yolu dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Xatırladaq ki, dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yola qarşı impiçment elan edib.

Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yolun vəzifəsinə qayıtması barədə qərar verməlidir.