Ukrayna hakimiyyəti konfliktin dinc yolla nizamlanması ilə bağlı təkliflərin detallarını hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası planın detalları üzərində işləyir. Ümumilikdə təklif ediləcək planın 10 bənddən ibarət olacağı bildirilib. Onların 2023-cü ilin fevralında təqdim ediləcəyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə ABŞ-də səfərdə olan Zelenski Prezident Cozef Baydenlə konfliktin nizamlanması təkliflərini müzakirə edib. Zelenski Baydenin bu təkliflərin müzakirəsi üçün xüsusi sammitin çağırılmasını dəstəklədiyini deyib.
Gülnar Səlimova
Globalinfo.az














