Paris-2024-də heç bir xüsusi avadanlıqdan istifadə etmədən, əli cibində, pnevmatik tapançadan atəş açma yarışında gümüş medal qazanan türkiyəli idmançı Yusuf Dikec Ermənistanda müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bir “X” istifadəçisi eyni kateqoriya üzrə digər gümüş medal mükafatçısı olan Cənubi Koreya təmsilçisi Kim Ye Ji ilə Y.Dikecin fotosunu paylaşıb.
Paylaşımda C.Koreya təmsilçisinin fotosuna “düzgün duruş, xüsusi avadanlıq, illər boyu təlim”, Y.Dikecin fotosuna isə “hədəfdə erməni olduğunu düşün” yazılıb.
Sözügedən paylaşım “X”da 60 mindən çox bəyənmə toplayıb və sürətlə yayılıb. Həmçinin Ermənistan KİV və sosial şəbəkə seqmentində narahatlığa səbəb olub.
Qeyd edək ki, Y.Dikecin Yay Olimpiya Oyunlarındakı duruşu Paris-2024-ün “ən ikonik pozu” olaraq dəyərləndirilir. Hətta bir çox oyunlara, animasiyalara əlavə edilib.
Ayşən Mustafa
Globalinfo.az