İsrailin İranın Rusiyadan aldığı bütün S-300 raket komplekslərini oktyabrın 26-da həyata keçirdiyi hücumda məhv etməsi haqda iddialar təsdiqini tapıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti yazıb.
Qəzetin mənbəsi deyib ki, S-300-lər hücum zamanı İsrailin buraxdığı yüzlərlə raketdən cəmi bir neçəsini tuta biliblər. Mənbə həmçinin Rusiyanın İrana verdiyi və 3 S-300 kompleksinin məhv edildiyini deyib.
Amerika Müharibə Tədqiqatları İnstitutu isə İSrail hücumundan sonra İranın ən vacib obyektləri müdafiəsiz qaldığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az