cNXPLpuPDVpFkDWK5MzGkYUGVjEbY0aLNYbfvLhU 1200

Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Diena” portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.

Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb. Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb

Paylaş: