Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Təhmasib orada vəfat edib.
Qeyd edək ki, o, ərəb dili müəllimi olub.
Faktla bağlı araşdırma aparılır.