qebele 0

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsi iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.

Snapinsta.app 462682422 1670005420398097 8736963664884202635 n 1080
Snapinsta.app 462482334 8592519224120031 650430159217222123 n 1080
Snapinsta.app 462661140 1608887463029055 4088117321025722866 n 1080
Snapinsta.app 462686383 519388131021000 2027509445973078738 n 1080
Snapinsta.app 462450214 502804896078969 7962107383250773612 n 1080
Snapinsta.app 462465715 2278684619150060 3808715229024843924 n 1080
Snapinsta.app 462635171 1270034963989482 665647165894151220 n 1080
Snapinsta.app 462675774 521028654025471 8962466310034948496 n 1080
Snapinsta.app 462676489 913184130860304 2978411845827781297 n 1080
Snapinsta.app 462482334 572031921834384 6509747671629746350 n 1080

Paylaş: