İran parlamentinin 39 deputatı nüvə silahının yaradılmasına icazə verilməsi xahişi ilə ölkənin Təhlükəsizlik Şurasına müraciət ediblər.
Globalinfo.az xəbər verir ki, bunu iranlı parlamentari Həsənəli Əxlaqi Əmiri bildirib.
Deputatlar bunu İsraildən gələn təhdidlərə cavab kimi əsaslandırıblar.
Parlament üzvləri Ali Milli Təhlükəsizlik Şurasına göndərdikləri məktubda İslam Respublikasının müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının istehsalı üçün icazə verilməsini tələb ediblər.
Safura Bənnayeva
Globalinfo.az