Xamenei onu kritik səfərə göndərdi: 3 məsələ var

Xamenei onu kritik səfərə göndərdi: 3 məsələ var

İranın xarici işlər naziri Abbas Araqçı Yaxın Şərqdəki gərginlik fonunda Suriyaya səfər edib. Onu paytaxt Dəməşqdə ölkənin rəsmi şəxsləri qarşılayıb.

A.Araqçının Livan səfərindən sonra birbaşa Suriyaya yola düşməsi diqqət çəkib.

İran rəsmisinin ard-arda səfərlərinin məqsədi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, tanışlıq səfəridir:

“Abbas Araqçı İranın xarici işlər naziri kimi ilk dəfədir bu iki ölkəyə səfər edir. Mövcud proseslər kontekstində müzakirə ediməli çox məsələ var. Sözsüz ki, səfərin əsas məqsədlərindən biri də İrandakı yeni hökumətin dövründə Suriya ilə münasibətlərin gedişatının müəyyənləşməsidir. Həmçinin Yaxın Şərqdəki vəziyyət və müharibənin genişlənmə ehtimalı da danışılacaq məsələlər sırasındadır.

İran mümkün qədər çalışır ki, müharibəyə qoşulmasın. Çünki bu, Tehranın xeyrinə olmaz, lakin yenə də münaqişəyə cəlb edilir. İndiki mərhələdə Suriya ilə koordinasiyalı davranmağa səy göstərəcək. Eyni zamanda tərəflər bu ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Bütün hallarda səfərin ajiotaj yarada biləcək qədər ciddi nəticələrlə yadda qalacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az