bicaqlanma

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Xaçmazda sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin fiziki və psixoloji vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib.

Globalinfo.az-ın xəbərinə görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi A.Nəsrullayev sinif yoldaşı K.Orucova evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

M.Qəribovun sözlərinə görə, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

“Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik”, – idarə rəsmisi deyib.

***11:08

Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Bu barədə Globalinfo.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

X X X

Xaçmaz şəhərində bıçaqlanma olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi Kənan Orucov sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlayıb.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: