Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb.
Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.
Faktıa bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.














