Şuşada ağır yol qəzası olub.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 9-u müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.