Özünü 11-ci mərtəbədən atan kişi xəstəxanaya yerləşdirildi

Dünən saat 13:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Globalinfo.az-ın xəbərinə görə, mərkəzdən bildirilib ki, bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.